Alfa-fetoprotein (AFP, alfa-Fetoprotein)

Analizin götürülmə vaxtı: 07:00-10:00
Aparılma müddəti:
Analizin veilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq: Müayinəyə xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: Onkomarkerlər


Alfa- Fetoprotein(AFP) - qlikoproteindir, dölün qaraciyərində sintez olunur. Müayinəsini hamiləliyin 15-20 həftəsində aparmaq daha məqsədə uyğundur.
AFP-nin qanda səviyyəsinin yüksəlməsi aşağıdakı xəstəliklərdə olur.

• Qaraciyərin xərçəngi,, mədəaltıvəz,, mədə, yoğun bağırsağ, ağ ciyər, süd vəzilərininxərçəngi
• Bronxların şişi
• Qaraciyərdə metastaz
AFP-nin nəzərəçarpmayan müvəqqəti yüksəlməsi
• Qaraciyər Serrozu
• Xr.virus hepatiti
• Xr.alkoqolizm
• Xr.qaraciyər çatışmamazlığı

Hamiləlikdə AFP aşağıdakı hallarda yüksələ bilər:
• Çox döllü hamiləlik
• Dölün qaraciyər nekrozu (virus infeksiyası nəticəsi olaraq)
• Dölün göbək yırtığı
• Dölün böyrək patoloqiyası • Dölün inkişaf qüsürları

Əgər AFP testi ― hamilələrdə aşağı göstərirsə, belə halda həki uşağa sindrom Daun(21 trisomiya)diaqnozu qoymağa əsası var (10 həftəlik hamiləlikdən sonra) • Dölün inkişaf zəifliyi
• Dölün ölümü
• Düşük

Analizin verilmə qaydası:
Analizin dəqiq təyini üçün həkiminizlə məsləhətləşin ki, nə vaxt və necə verilsin.Analiz venadan götürülür.Əgər xüsusi göstəriş yoxdursa, onda hamiləliyin14-20-ci həftəliyində verilir. (İdeal period ― hamiləliyin 14-15-ci həftəliyidir ).
Qan səhər , ac qarına verilir. Əgər səhər vaxtlarında vermək mümkün olmursa, axrıncı qəbul olunan qidadan 4― 6 saat keçməlidir.
Müayinəyə göstəriş: bu onkomarkerin təyin olunması qaraciyər və xayaların xərçəngi zamanı, hamiləlik zamanı dölün inkişaf anomaliyalarını aşkarlamaq üçün və s.