Xorionik qonadotropin (HCG)

Analizin götürülmə vaxtı: 07:00-10:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: qan acqarnına götürülür
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur
Müayinə üçün material: Venoz qan
Test tipi: Hormonal testlər


β-xorionik qonadotropin - hamiləliyin xüsusi hormonudur.Hamiləliyin ilk dövrlərində xorion hüceyrələri, sonrakı dövrlərində plasenta tərəfindən sintez olunmağa başlayır.
Müayinəyə göstəriş: amenoreya, hamiləliyin erkən diaqnostikası, ektopik hamiləliyə şübhə olduqda, hamiləliyin dinamikasına nəzarət etmək üçün, xayaların və trofoblast şişlərinin diferensial diaqnostikası zamanı və s.