Follikulstimullaşdırıcı hormon (Follicle stimulating hormone, FSH)

Analizin götürülmə vaxtı: 07:00-10:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq içkilər qəbul etmək və siqaret çəkmək olmaz. qadınlarda menstrual tsiklin 6-7-ci günü aparılır.
Müayinə üçün material: Venoz qan
Test tipi: Hormonal testlər

FSH - follikul stimullaşdırıcı hormon hipofizin ön payında sintez olunur. Əsas funksiyası kişilərdə toxum kanalcıqlarının və spermatozoidlərin, qadınlarda follikulların inkişafını stimulyasiya etməkdir.
Müayinəyə göstəriş: sonsuzluq, anovulyasiya, cinsi inkişafla bağlı patologiyalar, yumurtalıqların polikistozu, hormon terapiyasına nəzarət və s.