İnsulin (Insulin)

Analizin götürülmə vaxtı: 07:00-10:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq: Müayinədən 1 gün əvvəl alkoqollu içkilər qəbul etmək, 1 saat əvvəl – siqaret çəkmək olmaz.
Müayinə üçün material: Venoz qan
Test tipi: Hormonal testlər


İnsulin - mədəaltı vəzidə sintez olunur (Langerhans adacıqlarında). İnsulin hüceyrələrə qlükozanın, amin turşuların, kalium ionlarının nəqli üçün vacibdir. Qlükogenoliz və qlükoneogenez proseslərinə ingibəedici təsir göstərir. Qanda qlükozanın və yağ turşularının konsentrasiyasını aşağı salır.