Lüteinləşdirici hormon (Luteinizing Hormone, LH)

Analizin götürülmə vaxtı: 07:00-10:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq: analiz qadınlarda menstrual tsiklin 6-7-ci günü aparılır.
Müayinə üçün material: Venoz qan
Test tipi: Hormonal testlər

LH (lüteinləşdirici hormon) - hipofizin ön payının peptid tərkibli hormonudur. Ovulyasiya prosesini stimulə edir və yumurta hüceyrələrdə estrogen və progesteronun sintezini aktivləşdirir. Kişilərdə isə Leydiq hüceyrələrində testosteronun sintezinə təsir edir.
Müayinəyə göstəriş: sonsuzluğun diaqnostikası, hipofizin və cinsiyyət vəzinin patologiyaları və s.