Mikoplazmoz (Mycoplasma hominis), DNT təyini (kəmiyyətcə) FRT. Real-Time

Analizin götürülmə vaxtı: 07:00-17:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları:
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olumur
Müayinə üçün material: Venoz qan və ya diqər bioloji material
Test tipi: ZPR-testlər

Mikoplazmalar - bu mikroorqanizmlər bakteriyalar, göbələklər və viruslar arasında aralıq yer tutur.Onlar sərbəst qala bilmirlər, əsasən bağırsaq, tənəffüs və sidik-ifrazat sisteminin selikli epitel hüceyrələrində parazitlik edirlər. Bir neçə ştammları məlumdur. Qram “-”, zəif həssas törədicilərdir. Orqanizmdə səbəb olduğu patoloji proseslərə görə 4 növləri məlumdur .Onlardan biri - Mycoplasma pneumonia - tənəffüs sistemini zədələyir, boğğaz, bronx və ağ ciyərlərdə iltihabı prosesin getməyinə səbəb olur. Digər 3 forması isə - Mycoplasma genitalium, Mycoplasma hominis, Ureaplasma urealiticum - sidik-ifrazat sisteminin zədələyib, cinsi yolla yoluxan xəstəliklər arasında əsas yer tutur.