MEDİCAN HOSPİTAL haqqında

MEDİCAN HOSPİTAL özəl tibb mərkəzi fəaliyyətinə 2014-cü ildə başlamışdır.

MEDİCAN HOSPİTAL tibb mərkəzinin fəaliyyətinin əsas istiqaməti əhaliyə qabaqcıl diaqnostik laborator xidmətlər göstərməkdir. Gənc olmasına baxmayaraq, klinikamızın tibb xidmətləri sektorunda özünəməxsus payı var. Biz hal-hazırda pasiyentlərə dəqiq diaqnoz qoymaq və onların müalicəsində yaxşı nəticə əldə etmək istəyən həkimlərə kömək üçün geniş spektrdə müxtəlif laborator testlər və şərh üçün asan başa düşülən nəticə blankları hazırlayırıq. Bizim klinikamızda laborator diaqnostika ilə yanaşı müxtəlif elmi dərəcələri olan yüksək ixtisaslı mütəxəssislər çalışırlar. Təcrübəli əməkdaşlarla yanaşı, öz təcrübəsini daima artıran gənc həkimlər, laborantlar və texniki işçilər də çalışırlar. Bizim mərkəzdə əsas istiqamət sayılan laborator diaqnostika ilə yanaşı müxtəlif müalicəvi və diaqnostik prosedurlar (Rentgen, USM, EKQ, EXOKQ, EEQ, plazmaferez, ozonoterapiya) aparılır. MEDİCAN tibb mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya və sertifikatlar əsasında fəaliyyət göstərir. Mərkəzimiz urologiya, ginekologiya, dermatologiya, qastoenterologiya, endokrinologiya, kardiologiya, manual terapiya və müxtəlif vacib sahələri əhatə edir. Klinikamızda qiymətlər bütün sosial təbəqələrə əlverişlidir, həmçinin daima güzəştlər və aksiya tədbirləri reallaşdırmaqdayıq.

Mərkəzimizin əsas üstünlükləri:
• Pasiyentlərin rahatlığı üçün iş qrafiki (08:30-18:00);
• Yeni nəsil avadanlıqları ilə təchiz olunmuş tam avtomatlaşdırılmış diaqnostik laboratoriyalar;
• Geniş spektrli laborator testlər;
• Ştrix kodların vasitəsilə laborator cavabların pasiyentə verilməsi;
• Ən qısa zaman ərzində laborator testlərin nəticələrinin verilməsi;