Kalium qanda (К+, Potassium)

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: qan acqarnına verilir
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur
Müayinə üçün material: Venoz qan
Test tipi: Mikroelementlər

Kalium (K) - əzələlərin yığılmasında, ürəyin funksional fəaliyyətində, sinir impulslarının ötürülməsində, fermentativ proseslərdə və maddələr mübadiləsində aktiv iştirak edir.

Müayinəyə göstəriş: aritmiya və arterial hipertenziyalar, böyrək patologiyaları, böyrəküstü vəzin çatmamazlığı, diuretiklər və ürək qlikozidləri ilə müalicəyə nəzarət üçün və s.