Revmatoid TESTLER

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: Biokimyəvi testlər

Revmotestlər - birləşdirici toxumanın sistemli zədələnmələri zamanı revmotetslər geniş tətbiq olunur. Revmotestlərə aiddir - ASO, RF, CRP.

ASO- A qrup streptokokların antitelidir. Bu göstəricinin artması orqanizmin streptokokk antigenlərinə qarşı sensibilizasiyasını təyin edir. Bəzi autoimmun xəstəliklərdə və revmatoid artritlərdə immun sistemin öz strukturlarına qarşı sintez etdiyi autoantitellərdəndir.

RF - revmatoid faktordur.

CRP (C reaktiv zülal) - müxtəlif təbiətli iltihabi proseslər, travmalar, toxuma nekrozları və s. zamanı konsentrasiyası yüksək olur.