BILRUBIN FRAKSIYALARI-

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: Biokimyəvi testlər


Bilirubin - sarımtıl-qırmızı piqment olub, ödün tərkibində olur.Bilrubinin analizi insanın qaraciyərinin necə işləməsi barədə informasiyadır. Bilrubin qaraciyərin retikuloendotelial hüceyrələrində, dalaqda və sümük iliyində hemoqlobinin və digər hemoproteidlərin parçalanması zamanı yaranır. Qan plazmasının əsas komponenti olub, 2 fraksiyada aşkarlanır: düz (birləşmiş, konyuqə edilmiş) bilirubin, qeyri-düz (sərbəst) bilirubin. Bu fraksiyalar birlikdə ümumi bilirubini təşkil edir.
Ümumi bilrubinin normada: 3,4 ― 17,1 мkmol/l― böyüklər üçün və uşaqlar üçün. Yenidoğulmuşlarda bilirubin səviyyəsi yüksək olur ― bu fizioloji sarılıq adlanır.
Düz bilrubin normada: 0 ― 3,4 mkmol/l.

Qanda bilirubinin səviyyəsinin yüksəlməsi bir çox xəstəliklərdə • В 12 vitamin çatışmamazlığı
• Qaraciyərin kəskin və xronik xəstəliklərində
• Qaraciyər xərçəngi
• Hepatit
• Qaraciyərin birincili serrozu
• Qaraciyərin toksiki, alkoqol, dərman zəhərlənməsi
• Цd daşı xəstəliyi. Əgər düz bilirubin normadan yüksəkdirsə , belə hallarda həkim növbəti diaqnozlardan şübhələnməlidir: • Kəskin Virus və toksiki hepatit
• Xolesistit
• Infeksion zədələnmələr
• Hamiləlikdə sarılıq
• Yenidoğulmuşun hipotireoz
Müayinəyə göstəriş: qaraciyər patologiyaları, hemolitik anemiyalar və s.