DEMIR ( Fe )

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: Biokimyəvi testlər

Dəmir - unikal təbii mikroelementdir. Dəmir ionları hemoqlobinin və mioqlobinin tərkibinə daxil olaraq qanı qırmızı rəngə boyayır. Oksidləşdirici olsa da, əksinə oksigenin toxumalarda mənimsənilməsini asanlaşdırır.
Müayinəyə göstəriş: müxtəlif etiologiyalı anemiyalar, dəmir defisitli anemiyaların müalicəsinə nəzarət, iltihabi sistem xəstəlikləri, dəmir zəhərlənmələri və s.
Dairəvi immun kompleks - yüksək konsentrasiyalarda antigen və spesifik antitellərin eyni vaxtda olması dairəvi immun kompleksinin yaranmasına (DİK) səbəb olur. Kapilyardan süzülərək toxumalarda toplanan DİK onların iltihablaşmasına səbəb olan komplimenti aktivləşdirir.
Dəmirin orqanizmdə norması hemoqlobindən, bədən çəkisindən, cinsiyyətdən və yaşdan aslıdır.

Yaş Fe səviyyəsi mkmol\l
12 aya qədər 7,16 ― 17,90
12 ay ― 14 yaş 8,95 ― 21,48
Qadınlar, > 14 yaş 8,95 ― 30,43
Kişilər, > 14 yaş 11,64 ― 30,43
Qanda dəmirin çatışmamazlığıı hemoqlobinin faizinin aşağı düşməsinə və dəmir defisitli anemiyanın yaranmasına gətirib çıxarır.Bu da immunitetin aşağı düşməsinə, uşaqlarda fiziki inkişafın geri qalması, ümumi zəiflik, dəridə quruluq, dəri və selikli qişaların avazıması, tənginəfəslik, taxikardiya, əzələlərin hipotonusu, həzm pozğunluğu, iştahsızlıq, və.s kimi pozğunluqlara səbəb olur.