Fosfor qanda (P, Phosphorus)

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti: 1 s.
Analizin verilmə qaydaları: Qan səhər tam şəkildə acqarına götürülür
Müayinəyə hazırlıq: fosfor tərkibli dərman preparatlarının qəbulunu dayandırmaq.
Müayinə üçün material: Venoz qan
Test tipi: Mikroelementlər

Fosfor - hüceyrədaxili elementdir. Mərkəzi sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Fosfor böyümə, genetik məlumatların saxlanılması və istifadəsi, skeletin inkişafı və s. bioloji proseslərdə iştirak edir.
Müayinəyə gostəriş: qalxanvari ətraf vəzilərin xəstəlikləri, sümük toxumasının və böyrəklərin patologiyası və s.