Xolesterol ümumi (xolesterin, Cholesterol total)

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti:
analizin verilmə qaydaları səhər saatlarında, tam şəkildə acqarına verilməlidir
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: Biokimyəvi testlər

Xolesterin - yağ mübadiləsinin əsas komponentlərindən olan orqanik birləşmədir. Orqanizmdə bir sıra funksiyaları yerinə yetirir: hüceyrə membranının tikilməsi, öd hazırlanması, cinsi hormonların və D vitaminin sintezi və s.
Müayinəyə göstəriş: ateroskleroz, ürək qan-damar sistemi xəstəlikləri, qaraciyər və böyrək patologiyaları, şəkərli diabet, miksedema və s.
Qanda normal tutumu 140-300 mq/100 ml (3,6-7,8 mmоl/l). Qanda xolesterinin səviyyəsi yüksəldikdə (hiperxolesterinemiya (hypercholesterolaemia)) bəzən ateromun əmələ gəlməsinıə səbəb olur. Xolesterin , həmçinin öddə daşın əmələ gəlməsindədə əsas rol oynayır