Karsinoembrional əksgen (Carcinoembryonic antigen, CEA)

Analizin götürülmə vaxtı: 07:00-10:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: Onkomarkerlər


CEA - embrionun həzm traktında sintez olunur. Praktik olaraq böyüklərdə və hamilə qadınlarda çox az konsentrasiyada təyin edilir.Qanda CEA onkoloji proseslər zamanı aşkarlanır.
Normal diapazon CEA siqaret çəkməyənlərdə(böyüklərdə) < 2,5 nq / ml və cəkənlərdə < 5,0 nq / ml.
Ən çox mədə -bağırsaq sisteminin onkoloji xəstəlikləri zamanı təyin olunur.Uğurlu aparılan əməliyyatdan sonra onun səviyyəsi normaya düşür.Lakin səviyyəsi yüksəldikcə xəstəliyin proqressivləşməsini və ressidivliyini göstərir.
Müayinəyə göstəriş: həzm sisteminin şişləri, xərçənglərin metastaz və residiv risklərinin müəyyən olunması, risk qrupuna daxil olan xəstələrin monitorinqi (nəzarət) və s.