Qırmızı məxmərək (IgM) (Rubella virus - IgM)

Analizin götürülmə vaxtı: 07:00-17:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür.
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: İnfeksiyalar

Rubella - antroponoz infeksiyadır, infeksiya mənbəyi yoluxmuş uşaqlar, xəstəliyin manifest formasında olan insanlar, anadangəlmə subklinik infeksiya daşıyıcıları sayılır. Yoluxma mexanizmi hava-damcı yolu ilədir. Rubellanın xüsusiyyəti embrional toxumaya qarşı aktiv tropizmin olmasıdır. Törədicinin teratogen təsiri xüsusilə I trimestrdə daha ağır olur.