Sidiyin ümumi analizi

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Sidik steril konteynerə yığılır-səhər-ilk sidiy olmalıdır
Müayinəyə hazırlıq: sidiyin rənginə təsir edən meyvə və tərəvəz qəbul edilməməlidir,qadınlara menstruasiya zamanı sidik müayinəsi keçirmək məsləhət görülmür.

Sidiyin ümumi klinik müayinəsi - sidiyin fiziki xüsusiyyətlərini, kimyəvi tərkibini və sidik çöküntüsünün mikroskopik müayinəsini özündə əks etdirir.
Müayinəyə göstəriş: sidik ifrazat sisteminin xəstəlikləri, şəkərli diabetə şübhə olduqda, orqanizmin toksiki vəziyyətinin araşdırılmasında və s.
Sperma - eyakulyasiya zamanı alınan mayedir. Spermatozoidlərdən və spermal mayedən ibarətdir. Sonsuzluq və digər patologiyalar zamanı aparılan xüsusi müayinədir. Makroskopik və mikroskopik olaraq müayinə olunur.
Spermaqramma - eyakulyatın (həcmi, görünüşü, konsistensiyası, durulaşma vaxtı və s.) və spermatozoidlərin (miqdarı, hərəkətlik dərəcəsi, formaları və s.) bir sıra göstəricilərinə görə aparılan xüsusi müayinədir.
Müayinəyə göstəriş: sonsuzluq, reproduktiv patologiyalar zamanı və s.