Şuvarski sınağı (postkoital test)


Analizin götürülmə vaxtı: 07:00-14:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Analizin keçiriləcəyi gün cinsi əlaqədən əvvəl gigiyenik qaydalara riayət etmək lazımdır, lakin sonra - vanna qəbul etmək, uşaqlıq yoluna tampon qoymaq olmaz.
Müayinəyə hazırlıq: Müayinə periovulyator dövrdə aparılır (ovulyasiyadan 1-2 gün əvvəl). Müayinə öncəsi 2-3 gün ərzində pasiyent cinsi pəhriz saxlamalıdır. Bu müddət ərzində həmçinin dərmanların vaginal formada istifadəsi məsləhət deyil.
Müayinə üçün material: Yaxma
Test tipi: Kliniki testləraciqlama
Şuvarski sınağı - cütlər arasında immun uyğunluğu təyin etmək üçün testdir. Bəzən qadın orqanizmi spermatozoidlərə qarşı antitellər sintez edir ki, bu halda cütlər arasında immun uyğunsuzluq yaranır. Sintez olunmuş antitellər spermatozoidləri hərəkətsizləşdirir və onlar mayalanma qabiliyyətini itirir.

Yaxma - ən sadə müayinə materialıdır. Müayinə - götürülən materialın əşya şüşəsi üzərinə nəzik təbəqə şəklində yaxılaraq xüsusi rəngləmə üsulununun tətbiqindən sonra işıq mikroskopu altında baxılmasından ibarətdir.


Eritrositlər - qanın formalı elementlərindəndir. Retikulositlərdən yaranır. Hemoqlobinin nəqli eritrositlərin əsas funksiyalarındandır.
Eritrositlərin qanda səviyyəsinin aşağı düşməsi stres hallarda, Gərgin fiziki iş zamanı,, aclıq zamanı, anemiyalarda, leykoz, bədxassəli şişlərin metastazı. Bundan başka eritrositlərin səviyyəsinin yüksəlməsi aşağıdakı hallarda ola bilər • leykoz
• Ağ ciyərlərin xronik xəstəliklərində
• Anadangəlmə ürək qüsurları
Eritrositlərin çökmə sürəti - EЗS qanın zülal tərkibindən, eritrositlərin miqdarından, forma və ölçülərindən asılıdır.

Müayinəyə göstəriş: iltihabi proseslər, infeksion xəstəliklər və profilaktik məqsədlərlə aparılan müayinə skrininqləri və s.

Eritrositlərin hemoqlobin tutumu - bu göstəricinin təyin olunması anemiyaların diaqnostikasında böyük əhəmiyyətə malikdir.
Eritrositlərin orta korpuskulyar həcmi - eritrositlərin orta həcm göstəricilərindəndir. Bu göstəriciyə görə 3 tip eritrositlər təyin olunur: normosit (80-100 fl), mikrosit (80 fl-dən az), makrosit (100 fl-dən yuxarı)
Müayinəyə göstəriş: müxtəlif etiologiyalı anemiyaların diaqnostikası və s.

Prostat şirəsi - prostat vəzinin masaj olunmasından sonra alınır. Normal miqdarı 3-4 ml-dən 1-2 damcıya qədər olur. Müayinəsi ümumi xüsusiyyətlərə görə (miqdarı, rəngi, pH) və mikroskopik (leykositlər, eritrositlər, epitelial hüceyrələr, makrofaqlar, giqant hüceyrələr və s.) metodla aparılır.