Hemoqlobin (Hemoglobin, Hb)

Analizin götürülmə vaxtı: 07:00-12:00
Aparılma müddəti:
Analizin verilmə qaydaları: Analiz acqarına verilir
Müayinəyə hazırlıq: Müayinəni qanaxmadan, hemotransfuziyadan sonra keçirmək düzgün deyil.
Müayinə üçün material: Venoz qan
Test tipi: Kliniki testlər


Hemoqlobin - qanın tənəffüs piqmenti olub, eritrositlərdə saxlanılır. Əsas funksiyası oksigenin və karbon qazının nəqli, turşu-qələvi balansının tənzimləməsidir. İki hissədən ibarətdir: zülal və qeyri-zülal (dəmir). Hemoqlobinin müxtəlif fizioloji formaları var:
• Oksihemoqlobin (HbO2) - oksigenlə hemoqlobinin birləşməsindən əmələ gəlir. Əsasən arterial qanın tərkibində çox olur və qana al qırmızı rəng verir.
• Dezoksihemoqlobin (HbH) - oksigeni toxumalara transfer edən hemoqlobindir.
• Karboksihemoqlobin (HbCO2) - karbon qazı ilə birləşmiş hemoqlobindir. Xüsusilə venoz qanın tərkibində olur.
• Fetal hemoqlobin (HbF) - quruluş və xassələrinə görə fərqli olmaqla yeni doğulmuşların hemoqlobinidir. Uşağın qanında HbF miqdarı 80% təşkil edir. 1 yaşadək demək olar ki, tam olaraq hemoqlobinlə əvəz olunur. HbF-in diaqnostikası bəzi qan və onkoloji xəstəliklər zamanı aparılır.