Protrombin testi (protrombin kompleksi faktorlarının aktivliyi)

Analizin götürülmə vaxtı: 07:00-12:00 Aparılma müddəti:
Analizin verilmə qaydaları: Qan acqarına götürülür
Müayinəyə hazırlıq: xüsusi hazırlıq tələb olunmur.
Müayinə üçün material: Venoz qan
Test tipi: Hemostaz testlər

Protrombin müddəti - hemostaz sistemin fəaliyyətinin göstəricisidir Protrombin müddətinin artması hipokoaqulyasiya riskinin olmasını göstərir. Xüsusilə antikoaqulyant preparatların təsirinə nəzarət üçün təyin edilir, laxtalama sisteminin vəziyyətinin qiymətləndirilməsi üçün.

Protrombin indeksi - riyazi olaraq müxtəlif həssaslığa malik tromboplastinlərin fərqini təyin edir. Protrombin indeksi nəzarət plazmasının laxtalanma müddətinin pasiyentin plazmasının laxtalanma müddətinə olan nisbətinə bərabərdir və faizlə ifadə olunur.