HAQQIMIZDA

Kateqoriyalar

İnkişaf tariximiz

Medican Hospital 2014-cu ildən özəl klinika olaraq Lənkəranda fəaliyyət göstərir. Hospitalın fəaliyyətinin əsas istiqaməti əhaliyə qabaqcıl diaqnostik, laborator xidmətlər göstərməkdir. Gənc olmasına baxmayaraq, klinikanın tibb xidmətləri sektorunda özünəməxsus payı var. Pasientlərə dəqiq diaqnoz qoymaq və onların müalicəsində yaxşı nəticə əldə etmək istəyən həkimlərə kömək üçün geniş spektrdə müxtəlif laborator testlər və şərh üçün asan başa düşülən nəticə blankları hazırlayırlar. Klinikada laborator, diaqnostika ilə yanaşı müxtəlif elmi dərəcələri olan yüksək ixtisaslı mütəxəssislər çalışır. Təcrübəli əməkdaşlarla yanaşı, öz təcrübəsini daima artıran gənc həkimlər, laborantlar və texniki işçilər də çalışırlar. Mərkəzdə əsas istiqamət sayılan laborator-diaqnostika ilə yanaşı müxtəlif müalicəvi və diaqnostik prosedurlar (Rentgen, USM, EKQ, EEQ, Plazmaferez, Ozonoterapiya,Qastronskopiya,Kolonskopiya,Fizioterapiya) aparılır. Klinikaya müxtəlif tibb sahələr üzrə Bakidan, digər ölkə və şəhərlərdən professor və həkim heyətləri də dəvət olunur. Medican Tibb mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya və sertifikatlar əsasında fəaliyyət göstərir. Mərkəzimiz urologiya, ginekologiya, nevrologiya, fizioterapiya, dermatologiya, qastoenterologiya, endokrinologiya, kardiologiya, manual terapiya və müxtəlif vacib sahələri əhatə edir. Klinikamızda qiymətlər bütün sosial təbəqələrə əlverişlidir, həmçinin özəl günlərdə güzəştli chek’up-lar,endirim aksiyaları təşkil olunur, ehtiyacı olan ailələrə, əlillərə, şəhid ailələrinə güzəştlər olunur. Mərkəzimizin əsas üstünlükləri: • Pasiyentlərin rahatlığı üçün iş qrafiki (08:00-18:00); • Yeni nəsil avadanlıqları ilə təchiz olunmuş tam avtomatlaşdırılmış diaqnostik laboratoriyalar; -Avropanın inkişaf etmiş ölkəlrində laborator diaqnostika üzrə treninqlər keçmiş yüksək ixtisaslı mütəxəssislər; • Geniş spektrli laborator testlər; • Ştrix kodların vasitəsilə laborator cavabların pasiyentə verilməsi; • Ən qısa zaman ərzində laborator testlərin nəticələrinin verilməsi; Məhz buna görə Medican Hospital'ı güvənlə seçə bilərsiniz!

Lisenziyalar