Həkimlər

      Rəfiyev Yaqub Şahab oğlu 1947 ci ildə Lerik rayonun Çayrud kəndində anadan olmuşdur.

1964-1970 çi illərdə Tibb instututunda oxumuşdur. 1972-2002-ci illərə qədər Tibb Universitetində asistent, baş müəllim və dosent vəzifələrində işləmişdir.

Tibb elmləri üzrə fəlsəfə doktorudur.

2003-çü ildə Əziz Əliyev adina Həkimlərin təkmilləşdirmə institutunu bitirib, Fizioterapiya ixtisasına yiyələnmiş, həmin tarixdən Akupunktura Assosasiyasının iynəbatırma kursunu bitirib özəl sektorlarda bu ixtisaslar üzrə fəaliyyət göstərmişdir. Belə ki, Zaqatalada ,,Sən kan,, tibb mərkəzinin baş həkimi, Meşəbəyi Sanator Kurort istirahət mərkəzinin baş həkimi vəzifələrində çalışmış, hal hazırda isə ,,Medican Hospital ,, özəl tibb mərkəsinin Fizioterapiya şöbəsində fəaliyyət göstərir.

Evlidir, 3 övladı, 7 nəvəsi var.

Rəfiyev Yaqub